Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Ramil Əliyevin doğum günüdür.

09 dekabr 2023 | 11:50

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan Əliyev Ramil Vuqarəddin oğlu 9 dekabr 1996-cı ildə Hacıqabul rayonunda anadan olub. Şirvan şəhərində yerləşən Füzuli rayon 10№li tam orta məktəbi bitirib. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin və Şirvan şəhər Musiqi Məktəbinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Şəhidlik zirvəsinə ucalan Ramil Əliyev 5 noyabr 2020-ci ildə Şirvan Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Əliyev Ramil Vuqarəddin oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Keçidlər