Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Röyal Məmmədovun doğum günüdür.

12 oktyabr 2023 | 09:33

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Məmmədov Röyal Misil oğlu 12 oktyabr 1990-cı ildə Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. Şirvan şəhər 13 nömrəli tam orta məktəbi bitirib. Şirvan Peşə Liseyinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 26 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan şəhid Röyal Məmmədov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Röyal Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Keçidlər