Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Şəmsəddin Vəliyevin doğum günüdür.

22 yanvar 2024 | 10:36
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Vəliyev Şəmsəddin Aqil oğlu 22 yanvar 2001-ci ildə Sabirabad rayonunun Dadaşbəyli kəndində anadan olub. Dadaşbəyli kənd tam orta məktəbini bitirib. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolecində təhsil alıb. Müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu olub. Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 22 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan şəhid Şəmsəddin Vəliyev Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Şəmsəddin Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Allah rəhmət eləsin!
Keçidlər