Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Xəqani Məmmədovun doğum günüdür.

30 mart 2024 | 11:54

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Məmmədov Xəqani Füzuli oğlu 30 mart 2002-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhərində yerləşən Zəngilan rayon 3 №li tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 10 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan şəhid Xəqani Məmmədov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər