Bu gün şəhid baş leytenant Fuad Bağırovun doğum günüdür.
Vətənimizin müdafiəsi uğrunda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid baş leytenant Bağırov Fuad Allahverdi oğlu 3 noyabr 1991-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub. Aprel döyüşlərinin iştirakçısıdır. Vətən müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Hərbi xidməti zamanı şəhidlik zirvəsinə ucalan şəhid Fuad Bağırov 1 fevral 2022-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Hərbi xidmətlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi qəhrəmanlıqlara görə şəhid baş leytenant Fuad Allahverdi oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Qüsursuz xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!