Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Elçin Əliyevin doğum günüdür.

11 dekabr 2023 | 14:51

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək canını fəda edən vətən oğullarından biri də Elçin Əliyevdir. Şəhid Elçin Əliyev 11 dekabr 2002-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhərində yerləşən 18 saylı tam orta məktəbin məzunu olub.  16 noyabr 2021-ci ildə hərbi xidməti zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. Şirvan Şəhidlər Xiyabanında dəfn edilib. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsində  xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Elçin Xəlilov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Allah rəhmət eləsin!

Keçidlər