Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Şəhid Tağıyev Əli Azad oğlunun doğum günüdür.

25 iyul 2024 | 12:39

Şəhid Tağıyev Əli Azad oğlu 25.07.1998-ci ildə Cəlilabad rayonu Məlikqasımlı kəndində anadan olub. Şirvan şəhər 16 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda 19-20 sentyabr 2023-cü il tarixlərində aparılan lokal xarakterli antiterror tədbirlərində iştirakı ilə əlaqədar şəhidlik zirvəsinə ucalıb. 21 sentyabr 2023-cüil tarixdə Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Vətən müharibəsii iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Keçidlər