Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsi şəhidi Amal Alişanlının doğum günüdür.

11 fevral 2024 | 10:00

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Alişanlı Amal Seyfəddin oğlu 11 fevral 2001-ci ildə Yardımlı rayonunda anadan olub. Şirvan şəhər 20 №li orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl və Kəlbəcər rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Yardımlı rayon Qabaqdibi kənd qəbristanlığında dəfn edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Alişanlı Amal Seyfəddin oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər