Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsi şəhidi Elnur Qarayevin doğum günüdür.

13 noyabr 2023 | 09:56

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Qarayev Elnur Qalib oğlu 13 noyabr 1996-ci ildə Şirvan şəhərində  anadan olub. Şirvan şəhər 1 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Xocavənd və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan şəhid Elnur Qarayev Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Elnur Qalib oğlu Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Keçidlər