Bu gün Vətən müharibəsi şəhidi Emil Hümbətovun doğum günüdür.
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Hümbətov Emil Tərlan oğlu 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 16 nömrəli tam orta məktəbi bitirib. Şirvan Peşə Liseyinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 11 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan şəhid Emil Hümbətov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Emil Tərlan oğlu Hümbətov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!