Bu gün Vətən müharibəsi şəhidi Məharət Həsənovun doğum günüdür.
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Həsənov Məharət Ramil oğlu 25 oktyabr 1987-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 15 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan şəhid Məharət Həsənov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Məharət Ramil oğlu Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!