Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsi şəhidi Ruslan Rustamovun doğum günüdür.

23 oktyabr 2023 | 10:31

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid baş leytenant Rustamov Ruslan Nüsrət oğlu 23 oktyabr 1981-ci ildə Şamaxı rayonunun Şorbaçı kəndində anadan olub. Şorbaçı kənd tam orta məktəbini bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. Murovdağ yüksəkliyi, Suqovuşan, Talış kəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

2 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan şəhid Ruslan Rustamov Hacıqabul rayonu, Şorbaçı kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid baş leytenant Rustamov Ruslan Nüsrət oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Keçidlər