Şriftin ölçüsü :

Saytın rəngi :

Buraxılış imtahanlarında ən yaxşı nəticələr göstərən şagirdlərimizin adı açıqlanıb.

19 may 2022 | 16:24

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Şirvan şəhərindən 1159 şagird  IX siniflərin buraxılış imtahanında iştirak edib.  Bu şagirdlərdən 36 nəfəri 250 və daha çox bal toplayıb.
Şirvan şəhər Kimya-Biologiya Təmayyülü Liseyin şagirdi İsmayılov Ayxan Akif oğlu 291.2 bal toplayaraq şəhər üzrə ən yüksək nəticəni göstərib.  Şirvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Rzayeva Zəhra Vahab qızı 286.6 bal, Şirvan şəhər Kimya-Biologiya Təmayüllü Liseyin şagirdi Nağıyev Hüseyn Daşqın oğlu 283,7 bal, Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin şagirdi Qəmbərova Şəbnəm Ramil qızı 281 bal toplayaraq növbəti pillələrdə yer alıblar.
Buraxılış imtahanlarında yaxşı nəticələr göstərən şagirdlərimizi təbrik edir, onlara gələcək təhsil pillələrində müvəffəqiyyətlər arzulayırıq.


Mətbuat xidməti

Keçidlər