Cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biridir.
Müasir müstəqil Azərbaycan Dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirmişdir. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modemləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqli xarici siyasəti yürüdür. Cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biridir. Azərbaycanın Qoşulmama Hərəkatında liderliyi, BMT Təhlükəsizlik Şurası səviyyəsində qlobal təşəbbüsləri, o cümlədən pandemiya ilə mübarizə, dayanıqlı inkişafın təmin edilməsi təşəbbüsləri Azərbaycanı beynılxalq aləmdə gündəmi formalışdıran ölkələr sırasına daxil etmişdir. Cənab Prezident bu nöqteyi-nəzərdən beynəlxalq siyasətçi kim öz fəaliyyətini təkcə Azərbaycanın və regionun maraqları naminə deyil, həm də bəşər sivlizasiyası üçün dayanıqlı inkişafın vəzifə və məqsədlərinin formalaşmasına yönəltmşdir. Bu geniş miqyaslı fəaliyyətinə görə cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biri kimi tanınır. 2003-cü ilin 15 oktyabr tarixi müasir Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlarda qalıb. Həmin gün ölkədə Prezident postuna azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 2 milyon 438 min 787 nəfərinin etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçildi. 76 faizdən çox seçici cənab İlham Əliyevə səs verməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dəstəklədi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə yanaşı ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyev ona səs verən insanların bütün ümidlərini doğrultdu. Buna şahidlik edən xalq da Prezidentə inanaraq qətiyyətli dəstək verib, ətrafında sıx birləşərək onun gücünü və əzəmətini qat-qat artırdı. Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın təkcə sürətli inkişafını təmin etmədi. Onun ideyaları, əməli fəaliyyəti, qlobal miqyaslı təşəbbüsləri həm də bəşəriyyətin inkişafına vacib töhfələr verdi. Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Azərbaycan ötən 19 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə yüksək nailiyyətlər əldə edilib. Azərbaycan inkişafın milli modelini formalaşdırıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Azərbaycan xalqının qarşısında ən böyük xidməti bilavasitə onun rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 Gün davam edən Vətən Müharibəsində ələdə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsidir. 44 günlük Vətən müharibəsindəki Zəfərimizlə Qarabağın 30 ildən sonra düşməndən azad edilməsi Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi düşünülmüş uğurlu siyasətin məntiqi nəticəsi və davamı hesab olunmalıdır. Bu siyasətdə güclü zəkadan, dərin məntiqdən və uzaqgörənlikdən irəli gələn sistem və ardıcıllıq aydın şəkildə müşahidə olunur. Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi. Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Prezident İlham Əliyev hər iki istiqamətdə atdığı addımlarla yenə də diqqətləri cəlb edir. Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurması ölkənin iqtisadi qüdrətinin göstəricisi, Prezident İlham Əliyevin sülh danışıqlarında sərgilədiyi mövqeyi isə qətiyyətin təntənəsi adlandırmaq olar. Prezident İlham Əliyev bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir. İşğal dövründə düşmənin darmadağın etdiyi bu ərazilərdə su-elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış kompleksləri tikilir, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib və biz bu hədəflərə çatacağımızdan əminik.
Səkinə Qayıbova
Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi