Şriftin ölçüsü :

Saytın rəngi :

Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma ilə əlaqədar maarifləndirici görüş keçirilib.

25 iyun 2026 | 16:34

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planın”ın həyata keçirilməsinə dair Tədbirlər Planının 8.5.1. (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, müvafiq tədbirlərin (sərgilərin və s.) təşkili), 8.5.2. (Cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlərin təşkil edilməsi) və 8.5.3. (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) yarımbəndlərinin icrasının təmin edilməsi məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyunun 25-də maarifləndirici görüş keçirilib.

Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – sektor müdiri Məharət Mustafeyev, Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Vüsal Əhmədov, Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan Regional filialının müdir müavini Samirə İsmayılova və Şirvan Şəhər İcra və Probasiya Şöbəsinin probasiya üzrə böyük icra məmuru Hikmət Nuriyev və işəgötürənlər iştirak ediblər.

Şirvan Şəhər  İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – sektor müdiri Məharət Mustafeyev çıxış edərək, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi, işəgötürənlərlə əməkdaşlığın inkişaf etdirilməsi və onların məşğulluq imkanlarının artırılmasının və işlə təmin olunmalarına dəstək göstərilməsinin zəruriliyini vurğulanıb.

Sonra çıxış edənlər tədbirlər planının icra vəziyyəti, əldə olunmuş nəticələr və görülməsi nəzərdə tutulan tədbirlər barədə məlunmat veriblər.

Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bu istiqamətdə müvafiq tədbirlərin mütəmadi davam etdiriləcəyi diqqətə çatdırılıb.

Keçidlər