Şriftin ölçüsü :

Saytın rəngi :

Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma ilə əlaqədar maarifləndirmə tədbirləri davam etdirilir.

10 iyul 2026 | 18:16

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planın”ın həyata keçirilməsinə dair Tədbirlər Planının 8.5.1. (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, müvafiq tədbirlərin (sərgilərin və s.) təşkili), 8.5.2. (Cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlərin təşkil edilməsi) və 8.5.3. (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) yarımbəndlərinin icrasının təmin edilməsi məqsədilə tədbir keçirilib.

İyulun 10-da Şirvan Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – sektor müdiri Məharət Mustafeyev cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək fəaliyyətinin təşkili və məşğulluq vəziyyətinin öyrənilməsi məqsədilə onların çalışdıqları iş yerlərində olub.

Görüşlər zamanı həmin şəxslərlə söhbət aparılıb, onların əmək fəaliyyəti, iş şəraiti, kollektivə uyğunlaşma prosesi və sosial reinteqrasiyası ilə bağlı mövcud vəziyyət qiymətləndirilib. Eyni zamanda, işəgötürənlərin rəyləri dinlənilib, məşğulluğun davamlılığının təmin edilməsi və yarana biləcək problemlərin operativ həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Səfərlər çərçivəsində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunmasına töhfə verən işəgötürənlərin müsbət təcrübələri də öyrənilib, bu sahədə əldə olunan nəticələr ümumiləşdirilərək müvafiq məlumatlar hazırlanıb. Məqsəd gələcək fəaliyyətin daha səmərəli təşkili, uğurlu təcrübələrin təşviqi və bu istiqamətdə işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsidir.

Keçidlər