Şriftin ölçüsü :

Saytın rəngi :

Çörək və unun tədarükü və satışı ilə bağlı növbəti monitorinq keçirilib.

22 avqust 2022 | 19:25

Şəhər ərazisində fəaliyyət göstərən iri ərzaq mağazalarında və çörək sexlərində çörək və un təminatı ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən 22 avqust 2022-ci il tarixdə monitorinq keçirilib.

Monitorinq zamanı, Ln-t İbrahimov küçəsində yerləşən sahibkar Elşən Hüseynova məxsus topdan satış mağazasına 20 ton, T.İsmayılov küçəsində yerləşən sahibkar Cavid Cəfərova məxsus topdan satış mağazasına 11 ton və N.Nərimanov küçəsində yerləşən sahibkar Müşfiq Əhmədova məxsus olan topdan satış mağazasına isə 15 ton un tədarük edildiyi məlum olub. Tədarük olunan un  gün ərzində şəhər ərazisindəki ərzaq mağazalarına və çörək bişirmə sexlərinə paylanılıb.

22 avqust 2022-ci il tarixdə Şirvan şəhərinə ümumilikdə 46 ton un daxil olub.

Mətbuat xidməti

Keçidlər