Şriftin ölçüsü :

Saytın rəngi :

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi Şirvanda qeyd olunub.

16 oktyabr 2024 | 18:46

Oktyabrın 16-da dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamının icrası ilə əlaqədar olaraq, Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş “Füzuli dünyasından dünyaya baxış” adlı tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Öncə şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında dahi şairin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək, xatirəsi yad edilib.

Sonra Şirvan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, tədbir iştirakçıları və şəhər məktəbliləri M.Füzuli adına Mədəniyyət və İstirahət Parkındakı Qarabağ xiyabanı və Zəfər abidəsini ziyarət edərək, xatirə şəkli çəkdiriblər.

Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam edən tədbirdə şəhərin mədəniyyət nümayəndələrinin və məktəblilərin ifasında Məhəmməd Füzuli yaradıcılığından nümunələr səsləndirilib, “Meyvələrin söhbəti” kompozisiyası təqdim edilib, şairin qəzəlləri əsasında muğam parçaları ifa edilib.

Tədbirdə Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan Məhəmməd Füzulinin həyat və yaradıcılığından bəhs olunub, onun əsərlərinin təkcə ölkəmizin poeziyası üçün deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün əhəmiyyəti vurğulanıb.

Keçidlər