Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Arxivinin Şirvan filialında "İdarə və təşkilatlarda arxiv işinin təşkili" mövzusunda təlim keçirildi.

06 mart 2023 | 09:20
03 mart 2023-cü il tarixdə Dövlət Arxivinin Şirvan filialında Şirvan şəhərinin idarə, müəssisə və təşkilatlarının arxivçiləri üçün təlim keçirilib. Şirvan şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilmiş təlimdə Şirvan şəhər icra hakimiyyətinin hüquqşunası Azər Hüseynov, Hacıqabul Rayon Dövlət Arxivinin müdiri Vüsal Nağıyev və  Şirvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların arxivçiləri eləcə də  arxiv işinə məsul şəxsləri iştirak edirdi. 23 təşkilatın nümayəndəsinin qatıldığı tədbiri Dövlət Arxivinin Şirvan filialının direktoru Nəsibə Məmmədova açıq elan etdi. Arxiv işinin əsaslarından, qanunvericilik aktlarından ümumi məlumat verdi. Arxivlərdə işin təşkil olunmasını həm nəzəri həm də praktiki olaraq nümunələr əsasında izah etdi. İdarələrin fəaliyyəti zamanı əmələ gəlmiş sənədlərin siyahılar üzrə  uçota alınaraq saxlanması, idarə arxivlərində müddətdən artıq saxlanan sənədlərin dövlət arxivinə təhvil verilməsinin vacibliyi diqqətə çatdırıldı. İş nomeklaturalarının hazırlanması, idarələrdə pasportlaşma işinin aparılmasından danışıldı. Tədbir zamanı arxivçilərin ümumi bilik səviyyəsinin yoxlanılması, növbəti seminarların mövzusunu istiqamətləndirmək məqsədi ilə 12 sualdan ibarət test təqdim olundu. Sualların birgə müzakirəsi aparılaraq cavablar  ətraflı izah olundu. Şirvan şəhər icra hakimiyyətinin hüquqşünası Azər Hüseynov arxiv işinə məsuliyyətsiz yanaşma hallarında arxivçilərin qanunla cəlb olunduğu məsuliyyətlərdən danışdı. Sənədlərin düzgün mühafizə olunmasının vacibliyini vurğulayaraq mövcud qanunvericilik aktlarına edilən əlavə və düzəlişlər barədə məlumat verdi. 
Hacıqabul rayon dövlət arxivinin müdiri Vüsal Nağıyev idarə təşkilatlarda uzun illərdir yığılıb qalmış sənədlərin tərkibinin ekspertiza olunmasına idarə arxivlərində daha ciddi yanaşılmasını, sənədlərin vaxtında dövlət arxivinə təhvil verilməsinin vacibliyini diqqətə çatdırdı.
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. 
Sonda tədbir işçiləri arxivin oxu zalında oldular. Arxiv sənədlərindən necə istifadə olunması qaydaları ilə tanış oldular. Həmçinin Şirvan filialında mühafizə olunan 44 günlük Zəfər müharibəsinin şəhidlərinin əl işlərindən ibarət olan sərgiyə  baxış keçirtdilər.
 
Keçidlər