“Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda tədbir keçirilib.
Aprelin 7-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Peşə Liseyinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində Azərbaycan dilinin düzgün tətbiq olunması” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rafail Nəsirov Azərbaycan dilinin keçdiyi tarixi inkişaf prosesinə nəzər salıb, onun zənginliyindən və saflığının qorunmasından bəhs edib. Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətləri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm əhəmiyyətini diqqətə çatdırıb.
Çıxış edən liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Hüseynova Azərbaycan dilinin düzgün istifadə qaydaları və normaları, dilimizə yeni daxil olmuş sözlərin işlədilmə formaları barədə iştirakçıları məlumatlandırıb.
Tədbir zamanı mövzu əsasında praktik tapşırıqlar yerinə yetirilib, aktiv diskusiyalar və fikir mübadiləsi aparılıb.






