Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda tədbir keçirilib.

07 aprel 2025 | 15:58

Aprelin 7-də Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Gənclər evində “Dövlət idarəçiliyində Azərbaycan dilinin düzgün tətbiq olunması” mövzuda treninq keçirilib.                                            

Müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafail Nəsirov Azərbaycan dilinin keçdiyi tarixi inkişaf prosesinə nəzər salıb, onun zənginliyindən və saflığının qorunmasından bəhs edib. Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətləri, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm əhəmiyyəti diqqətə çatdırılıb.

Çıxış edən Şirvan şəhər 10 nömrəli tam orta məktəbin müəllimi Sevda Əsgərova Azərbaycan dilinin düzgün istifadə qaydaları və normaları, dilimizə yeni daxil olmuş sözlərin işlədilmə formaları barədə iştirakçıları məlumatlandırıb.

Treninq zamanı mövzu əsasında praktik tapşırıqlar yerinə yetirilib, aktiv diskusiyalar və fikir mübadiləsi aparılıb.

Keçidlər