Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah və gender bərabərliyi” mövzusunda maarifləndirici seminar keçirilib.

17 aprel 2026 | 18:06

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Samirə İsmayılova, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktor vəzifəsini icra edən Aytac Əliyeva və müəssisənin əməkdaşı Nicat Sarxanov çıxış edərək erkən nikahların doğurduğu fəsadlardan, onun cəmiyyətə vurduğu zərərlərdən danışıbar. Qeyd olunub ki, erkən nikah dövrümüzün mühüm və aktual problemlərindən biridir və erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, eləcə də fərdi inkişafına ciddi maneələr yaradır.

Eyni zamanda ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır. Bildirilib ki, Azərbaycan qadını tarix boyu mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilmiş, milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır.

Tədbirin yekununda gənclər erkən nikahlarla mübarizə və gender bərabərliyi mövzusunda maraqlı təqdimatla çıxış edib  və videoçarx nümayiş olunub.

Keçidlər