Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan hərbi cinayətlərinə görə cavab verməlidir.

13 oktyabr 2022 | 17:06

2020-ci il 17 oktyabr tarixi Füzuli şəhərinin işğaldan azad olunduğu gündür. Ermənistanın təxribatlarına cavab olaraq Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 17 oktyabr tarixi xalqımız üçün həm də qürur günüdür. Şübhəsiz ki, belə bir tarixi gündə qalıb Ordunun Müzəffər Ali Baş Komandanının məhz ilk döyüşlərin başladığı ərazidə şəhidləri yad etməsi hər bir azərbaycanlı üçün fəxarət, düşmənlərimiz üçün isə daha bir mesaj idi. Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşınmalıdır. Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Əsrlər illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur. Xalqımıza qarşı erməni daşınaklarının həyata keçirdiyi soyqırımı siyasətinin bir məqsədi olub: işğal olunmuş torpaqlar hesabına “Böyük Ermənistan” dövləti yaratmaq.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər tədbirlərdə beynalxaq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərdə dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası Azərbaycan torpaqlarında yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir. Yeri gəlmişkən bir faktı qeyd etməyə dəyərki, Ermənistan dövlətinin tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərimiz  Azərbaycan tarixinin araşdırılması və tarixi vaktlara düzgün qiymət verilməsi üçün çox saylı fərman və sərəncamlar imzalayıb. Şanlı ordumuz işğal altında olan torpaqlarımızı erməni quldurlarından bir-bir azad etdikcə, mənfurların yurdlarımızı necə talan etdiklərinin bir daha şahidi olduq. 30 il boyunca cənnət Qarabağı viranəyə çevirib, talayıb daşı daş üstündə qoymayıblar. Bu illər ərzində vandallar işğal etdikləri ərazilərimizdə maddi-mədəni sərvətlərimizi dağıdıb, tarixi abidələri, evləri, inzibati binaları bütün tikililəri terrora məruz qoyub, yararsız hala salıblar. Mebel istehsalına yararlı bütün ağacları qırıb başqa ölkələrə satıblar, bir sözlə təbiətimizə viran tutublar. Erməni silahlı qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsində cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Tərtər, Bərdə, Mingəçevir şəhərlərinin raket atəşinə və qadağan olunmuş silahlardan atəşə tutulması, xüsusilə də uşaq və qadınların ballistik raketlərlə məqsədli şəkildə öldürülməsi 1949 – cu il Cenevrə konvensiyasını kobud şəkildə pozulmasıdır. Ermənistan Respublikasının bu cinayətləri Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir və buna görə də cavab verilməlidir.

Muradov Murad

Şirvan şəhər 5 nömrəli ümumi orta məktəbin Tarix müəllimi  

Keçidlər