Ərzaq mağazalarında və çörək sexlərində növbəti monitorinq keçirilib 25.08.2022
25 avqust 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhər ərazisində fəaliyyət göstərən iri ərzaq mağazalarında və çörək sexlərində çörək və un təminatı ilə bağlı növbəti monitorinq keçirilib.
Monitorinq keçirilən ünvanlar:
-T.İsmayılov küçəsi Elmin Məmmədova məxsus Brend Store ərzaq mağazası
-M.Ə.Rəsulzadə küçəsi Tural Qalıqzadəyə məxsus Al market
-Z.Hacıyev küçəsi Zərinə Məcidovaya məxsus Oba market
- Z.Hacıyev küçəsi Pirverdi Əliyevə məxsus ərzaq mağazası
-Lt-n İbrahimov küçəsi Elçin İbişova məxsus Oba Market
-H.Əliyev prospekti Əliabbas Quliyevə məxsus 313 market
-Xəqani küçəsi Fuad Məmmədova məxsus ərzaq mağazası
-Xəqani küçəsi Fəhmin Abbasova məxsus Neptun 18 nömrəli mağaza
-Xəqani küçəsi Asim Babayevə məxsus Al market
-H.Əliyev prospekti Rüfət Fərzullayevə məxsus Oba market
-S.Vurğun küçəsi Mənsim Şıxəliyvə məxsus Oba market
-S.Vurğun küçəsi Zabit Heydərova məxsus Al market
-Lt-n İbrahimov küçəsi Vəzir Fərəcova məxsus çörək bişirmə sexi
Keçirilən monitorinqlər zamanı şəhərimizdə fəaliyyət göstərən iri ərzaq mağazalarında və çörək sexlərində çörək istehsalı və un təminatı ilə bağlı hər hansı çatışmazlıq aşkar olunmamışdır.
Mətbuat xidməti