"Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsinin qalibləri açıqlandı.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin "Şuşa İli" elan edilməsinə dair dövlət başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə ölkənin ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən "Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsinin ölkə mərhələsi başa çatıb. Şəhər(rayon) mərhələsinin 89 qalibinin arasından ölkə qalibləri seçilmişdir. Şirvan şəhər A.Hüseynzadə adına 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Şeydayeva Sevinc Cəmil qızı ölkə mərhələsində şəhərimizi təmsil edərək 2-ci yerə layiq görülüb. Qalibimizi təbrik edir, uğurlar arzu edirik!
Mətbuat xidməti