Şriftin ölçüsü :

Saytın rəngi :

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.

26 oktyabr 2022 | 18:27

Azərbaycan və Gürcüstan arasındakı tarixi bağlara söykənən dostluq və əməkdaşlıq bu gün də dinamik şəkildə inkişaf edir. Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar, bir-birinə dəstək olublarİqtisadi, siyasi, sosial və digər sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub və iki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bunu əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür.  Bu əlaqələr bu gün uğurla davam etdirilir. Dövlətləri birləşdirən çoxtərəfli əlaqələr, eləcə də çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm təməl üzərindədir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var.  Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər göründüyü kimi, həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Həyata keçirilən layihələr qarşılıqlı münasibətləri daha da dərinləşdirəcəkdir. Ötən illər ərzində Azərbaycan ilə Gürcüstan bir sıra uğurlara imza atıblar. Hər iki ölkə təmsil olunduqları regional və beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edir, hər iki ölkənin diplomatları, deputatları və digər rəsmiləri beynəlxalq arenada bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu da hər iki ölkənin beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsinə xidmət edir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Dövlətlərarası münasibətlərin inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intensiv xarakter alan qarşılıqlı səfərləri mühüm rol oynayıb. Ölkələrimizin bütün sahələr üzrə əməkdaşlığının çox böyük perspektivləri var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 24-də Gürcüstana səfəri zamanı Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında  hər iki ölkənin birgə layihələrinin təkcə region deyil, bütövlükdə dünya üçün önəmini vurğuladı. Azərbaycanın və Gürcüstanın bütün məsələlərdə bundan sonra da bir-birinə dəstək olacağına əminliyini bildirdi. Azərbaycan indiyədək həm tərəfdaşlığa, həm də tarixi dostluq ənənələrinə sadiqliyini nümayiş etdirib. İkitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Göründüyü kimi, dövlətləri birləşdirən çoxtərəfli əlaqələr, eləcə də çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm təməl üzərindədir. Buna görə də, nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan əlaqələri, qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan bu münasibətlər hər iki ölkənin uğurlu və sabit inkişafının qarantına çevrilmişdir və bu reallıq iki dövlət arasında münasibətlərin xarakterinə öz müsbət təsirini göstərir.

 

Həziyeva Esmira

Şirvan Şəhər Mədəniyyət Mərkəzinin metodisti          

Keçidlər