Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqəhrəmanlı qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib.

23 may 2023 | 15:57

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-cü ilin may ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, sakinlərlə növbəti görüş 23 may 2023-cü il tarixində şəhərin Hacıqəhrəmanlı qəsəbəsində keçirilib. Səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri qarşısında çıxış edərək, 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətinə toxunaraq, Ulu öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirib. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini qeyd edərək, milli qurtuluşdan başlanan zəfər yolunun xalqımızı tarixi qələbə gününə qədər apardığını bildirib. İlqar Abbasov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Şirvan şəhərində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Sonra qəbulda iştirak edən sakinlərin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən, küçələrin asfaltlanması, qəsəbə ərazisində dayanacağın quraşdırılması, park və istirahət guşələrinin yaradılması, işsizlik, torpaq sahəsinin sənədləşdirilməsi və sair olub. Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilərək, nəzarətə götürülüb. Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər