Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbirləri təşkil edib
27 avqust 2022 | 10:01
Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbirləri təşkil edilib. Tədbirlər “Dəniz Mall, “Dalğa Beach” və regionlardakı istirahət və əyləncə mərkəzlərində keçirilib. Şənliklər uşaq evlərinin sakinləri, daun sindromlu uşaqları əhatə edib.
Heydər Əliyev Fondu, həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün asudə vaxtlarını səmərəli keçirmələri məqsədi ilə respublika üzrə tədbirlər təşkil edib. Tədbirə qəhrəman şəhidlərimizin övladları anaları ilə birlikdə qatılıb.