Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib

09 may 2023 | 17:51

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verdi.

Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını etdi.

Keçidlər