Şriftin ölçüsü :

Saytın rəngi :

İşğaldan azad edilmiş ərazilərimiz gündən-günə canlanır.

07 oktyabr 2022 | 18:05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 oktyabr 2022-ci il tarixdə Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində geniş çıxış etmişdir. Prezident öz çıxışında qeyd etmişdir ki, 30 il ərzində Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılmışdır. İşğaldan azad olunmuş ərazilərdə yerləşən 67 Məsciddən 65-i tamamilə məhv edilmişdir. Bu müddət ərzində binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər rayonları olub. Buna səbəb isə Ermənistan dövlətinin müxtəlif ölkələrdən olan ermənilərin burada yerləşdirilməsi və məskunlaşdırılması  siyasəti olmuşdur. Bu da beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Ermənilərin işğalı dövründə Azərbaycan ərazisinə 1 milyondan çox mina basdırılmışdır ki, bu da təxminən 250 nəfər azərbaycanlının ağır yaralanması və həlak olmasına səbəb olmuşdur. İşğal nəticəsində 1 milyondan arrtiq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüşdür. Dövlətimizin başçısı Ağdamın müharibə zamanı deyil, işğal illərində məqsədli şəkildə viran qoyulduğunu vurğulayıb. Bir vaxtlar dağlıq və aran Qarabağın ən abad yaşayış məntəqələrindən biri kimi inkişaf edən Ağdam indi xarabalıqları xatırladır. Oxşar ürək ağrıdan vəziyyəti Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda da görmək mümkündür. İşğaldan azad edilmiş ərazilərə minlərə əcnəbi qonaq, jurnalist, siyasətçi gəlmiş və ermənilərin barbarlığı və vandalizmini öz gözləri ilə görmüş və işğal edilmiş ərazilərə bir çox adlar vermişlər. Bu adların ən dəhşətlisi “Qafqazın Xirosiması” adı idi. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə Ermənistan dövləti heç bir əhəmiyyət verməmiş, rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkməmişdir. Beynəlxalq ictimaiyyət isə Azərbaycan xalqının hümanist fəlakətinə göz yunmağa qərar vermişdir. Ötən müddət ərzində Azərbaycan dovləti 10 min kvadrat kilometirdən çox ərazisinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq Ermənistana sülh təklif etmişdir. Azərbaycan sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn 5 əsas prinsipini irəli sürsə də ermənistan tərəfi bu prinsiplərə məhəl qoymamışdır. Buna baxmayaraq işğal dövründə dünyanın heç bir dövləti qondarma qurumu tanımadı. Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş  keçirilmişdir. Azərbaycan xalqının iradəsini və Azərbaycan potensialını Ermənistan düzgün qiymətləndirməlidir. Ümüd edirik ki, sərhədlərin delimitasiyası üzrə müvafiq komissiya vaxt itirmədən və iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işləyəcəklər. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur. Buna baxmayaraq artıq Böyük qayıdış proqramına başlanmışdır. Keçmiş Məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün insanlar səfərbər olunmuşdur.İrimiqyaslı infrastruktur layihələri icra olunmaqdadır. Füzuli Beynəlxalq Hava Limanı səkkiz  ay ərzində tikildi. Cari ayda Zəngilan Beynəlxalq Hava Limanının açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcəkdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel,uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaqdır. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan Günəş Elektrik Stansiyasının tikintisinə başlanılacaqdır. Artıq bir neçə Su Elektrik Stansiyasının açılışı həyata keçirilmişdir. İnanırıq ki,azad olan ərazilərdən insanlarımız yeni infrastrukturun yaradılması nəticəsində öz yaşayışlarını təmin edəcək və Azərbaycanın ərazi bütövlüyü tez bir zamanda təmin olunacaqdır.

Güllü Rzayeva

Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin direktor əvəzi 

Keçidlər