Şriftin ölçüsü :

Saytın rəngi :

İsmət Qayıbov adına Mədəniyyət və İstirahət Parkında aparılan işlər haqqında məlumat

30 noyabr 2024 | 13:39

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəyli ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq  Şirvan şəhərinin “Köhnə şəhər” hissəsində, Kür çayının sahilində yerləşən İsmət Qayıbov adına parkda genişmiqyaslı yenidənqurma və əsaslı təmir işlərinə başlanılmışdır.

Tarixi mənbələrdə parkın 1880-ci ildə bağ kimi salındığı qeyd edilir. Sovet Hakimiyyəti dövründə park “Lenin parkı”, 1991-ci ildən isə İsmət Qayıbov adına park adlandırılmışdır. Parkın ərazisində Sovet İttifaqı qəhrəmanı Şirin Şükürovun büstü ucaldılmışdır. Park Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli bağ, park, monimental və xatirə abidəsi kimi qeydiyyata alınmışdır.

Parkın mövcud ərazisi 2.5 hektardır. Parkın mövcud vəziyyətini və şəhər əhalisinin çoxsaylı müraciətlərini nəzərə alaraq parkın yenidənqurma layihəsi hazırlanmışdır.

Layihə əsasında parkın ərazisində 1790 mtamet tavalar döşənməsi, 3023.4 p.m beton bordyurların düzülməsi, 5435.1 m2 asfalt-beton örtük vurulması, 5 ədəd idman qurğusunun, 1 ədəd turnik kompleksinin, 3 ədəd balansir yelləncəklərin, 1 ədəd kompleks uşaq əyləncə qurğusunun, 40 ədəd işıq dirəyinin quraşdırılması, 30 ədəd müasir oturacağın və 30 ədəd tullantı qutusunun, 1 ədəd park informasiya lövhəsinin qoyulması, 648 p.m yeraltı elektrik xəttinin və 865 p.m su xəttinin çəkilməsi, Parkın mövcud giriş hissəsinin, istinad divarının, sanitar qovşağının, səhnə-kölgənəgahın əsaslı təmir olunması nəzərdə tutulmuşdur.

Hal-hazırda yararsız monolit beton səki daşları, işıq dirəkləri, öturacaqlar sökülərək daşınmış, su və işıq xətlərinin çəkilməsi, ağacların budanması, yeni beton bordurların düzülməsi, istinad divarının və sanitar qovşağın əsaslı təmiri işləri aparılır. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən parkda aparılan yenidənqurma və əsaslı təmir işlərinə yerində baxış keçirilməklə icraçılara, aidiyyəti qurumlara müvafiq tövsiyələr və tapşırıqlar verilmişdir. Parkın yaxın zamanda şəhər sakinlərinin və qonaqlarının istifadəsinə verilməsi planlaşdırılmışdır.

           

Keçidlər