Şriftin ölçüsü :

Saytın rəngi :

İstismar müddəti bitmiş kanalizasiya xəttində baş vermiş qəzanın nəticələri aradan qaldırılır.

12 avqust 2022 | 15:20

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri mərhələli şəkildə davam etdirilir. Proqramın icrası ilə bağlı şəhərin Xəqani küçəsində yeni kanalizasiya şəbəkəsi qurulmuş, lakin mövcud köhnə kanalizasiya xətti istismar müddətini başa vurduğundan Xəqani küçəsi ilə İstiqlaliyyət prospektinin kəsişməsində çökmə baş vermişdir. Bu səbəbdən baş vermiş qəzanın nəticələri aradan qaldırılanadək avtomobillərin intensiv hərəkəti qeyd olunan küçədə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Hazırda Şəhər İcra Hakimiyyəti, Azərsu Açıq Səhmdar Cəmiyyəti və Şirvan Sukanal İdarəsi tərəfindən həmin ərazidə bərpa işləri aparılır. Ərazinin giriş-çıxışına xüsusi lentlər bağlanılmış və xəbərdaredici nişanlar qoyulmuşdur. Bərpa işləri texniki təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilir. Müvəqqəti narahatlığın şəhər sakinləri tərəfindən nəzərə alınmasını xahiş edirik.

 

Mətbuat xidməti

Keçidlər