Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 7-də Birinci Qarabağ müharibəsi şəhidi Elman Çıraqovun 3 mərasimi keçirilib.

07 iyun 2024 | 11:29

Öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhidin doğmaları və din xadimləri ilə birlikdə Şəhidlər xiyabanı ziyarət olunub, şəhidin məzarı önünə gül dəstələri düzülərək, ruhuna dualar oxunub.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək, Allahdan rəhmət diləyib. Bildirib ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman vətən naminə canını qurban vermiş Şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.

Keçidlər