Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şirvanda növbəti təmizlik aksiyası keçirilib.

05 sentyabr 2025 | 11:46

Sentyabrın 5-də Şirvan Şəhər İcra Hakimiyyəti və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhəri, İ.Qayıbov adına mədəniyyət və istirahət parkına yaxın Kür çayının mühafizə zolağında təmizlik aksiyası keçirilib.

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, şəhərin kommunal-təsərrüfat və xidmət sahələrinin, ekokönüllülərin və digər qurumların nümayəndələrinin iştirak etdiyi aksiyada Kür çayının sahil zolağına atılmış ümumi həcmi 125 kq məişət tullantıları, xüsusilə də plastik qablar, polietilen torbalar təmizlənərək zərərsizləşdirilməsi üçün şəhər məişət tullantıları poliqonuna daşınıb.

Ümumilikdə 80 nəfərin iştirak etdiyi aksiyada iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılmışdır.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması və tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.

Keçidlər