Şriftin ölçüsü :

Saytın rəngi :

Latviya səfirliyinin təşkilatçılığı ilə Latviyanın Azərbaycandakı səfirliyinin və İrlandiyanın Latviya Cəmiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

04 may 2023 | 12:26

Mayın 3-də Latviyanın səfir əvəzi Viya Buşe və səfirin müşaviri Elmira Mirzəyeva, Latviya Səfirliyinin təşkilatçılığı ilə İrlandiyadakı Latviya Cəmiyyəti qarışıq səsli “eLVe” xorunun solistləri respublikamıza səfərləri çərçivəsində Şirvan şəhərində olublar. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlarla birlikdə öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Heydər Əliyev Mərkəzində görkəmli siyasi və dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin və Uşaq Musiqi Məktəbinin  şagird və tələbələri Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında “eLVe” xoru Uşaq Musiqi Məktəbinin kollektivi ilə birgə “Sarı gəlin” xalq mahnısını ifa ediblər. Qonaqlara şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

Keçidlər