Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 21-də Şirvan şəhərində Peşələr Festivalı keçiriləcək.

21 may 2022 | 16:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən aprelin 15-dən etibarən ölkəmizin regionlarında Peşələr Festivalı keçirilir. Festival “Öyrən, Əylən, Peşəni seç!” devizi altında artıq Şamaxı, Sumqayıt, Lənkəran şəhərlərində təşkil olunub.
Layihənin əsas məqsədi Azərbaycanın 10 bölgəsində 10 peşə barədə maarifləndirici tədbirlər həyata keçirərək vətəndaşlara müvafiq peşələr və peşə sahibləri ilə daha yaxından tanış olmaqla peşə və ixtisas seçiminə dəstək göstərməkdir.
Layihə çərcivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilir.
Festivalın növbəti dayanacağı 21 may 2022-ci il tarixdə Şirvan şəhəri, Heydər Əliyev meydanında olacaqdır. Saat 16:00-da başlayacaq Festivalda bütün yaş qruplarından olan şəxslər iştirak edərək müvafiq peşələr haqqında məlumat ala bilər. Tədbirdə iştirak ödənişsizdir.

 

Mətbuat xidməti

Keçidlər