Şriftin ölçüsü :

Saytın rəngi :

Mərhum şair-publisist Eldar Qəmərlinin xatirəsinə həsr olunmuş tədbir şeçirilib.

26 dekabr 2022 | 12:33

Şirvan şəhər  Mədəniyyət Mərkəzində mərhum şair, nasir, publisist, jurnalist Eldar Qəmərlinin 70 illik yubileyinə həsr olunmuş “Mən saray şairi ola bilmərəm” adlı xatirə gecəsi keçirilib. Xatirə gəcəsində şəhərin idarə, müəssisə və təşkilatlarının əməkdaşları, Eldar Qəmərlinin yaxınları, doğmaları, dostları və oxucuları iştirak edib. Tədbir Eldar Qəmərlinin  həyat və yaradıcılığına həsr olunmuş filmin nümayişi ilə başlayıb. Sonra Eldar Qəmərlinin həyat və yaradıcılığı haqqında tədbir iştirkçılarına ətraflı məlumat verilib. Tədbirdə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Rafael Nəsirov, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, şəhər ziyalıları Rasim Xəlilov və Əbil Əhmədov, Şirvan şəhər Arxiv şöbəsinin direktoru Nəsibə Məmmədova, əməkdar müəllim Alik Rzayev, Gənclər Evinin direktoru Əfqan Həsənov, şəhər 18 nömrəli humanitar-təbiət təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, şair İbrahim Həssas, Şirvan  Dövlət Rəsm Galareyasının direktoru Çinarə Vəliyeva, Eldar Qəmərlinin qızı Xairə Əliyeva, Mədəniyyət Mərkəzinin direktoru Nəmini Nəmidə və muzeyin direktoru Aynur İbahimova Eldar Qəmərli haqqında xatirələrini  bölüşüb, onun hər bir əsərinin doğma torpağa və dərin köklərə bağlı olduğunu vurğulayıblar. Eldar Qəmərli kimi istedadlı, vicdanlı, ləyaqətli ziyalıların təkcə mənsub olduqları ailənin, yaxud nəslin deyil, bütövlükdə xalqın hörmətini qazandığını və qayğıkeş bir ailə başçısı, etibarlı dost olduğunu qeyd ediblər. Xatirə gecəsində Eldar Qəmərlinin “ şeirləri səsləndirilib, musiqi parçaları  ifa olunub. Sonda mərhum şair-publisistin ailə üzvlərinə Şirvan Dövlət Rəsm Galareyasının  direktoru Çinarə Vəliyeva tərəfindən çəkilmiş Eldar Qəmərlinin portreti və muzeyin kollektivi adından hədiyyə  təqdim olunub.

 

Mətbuat xidməti

Keçidlər