Möhtərəm cənab Prezident!
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri İlham Əliyev cənablarına
Möhtərəm cənab Prezident!
Sizi ad gününüz münasibəti ilə təbrik edir, Şirvan şəhər sakinlərinin və ictimaiyyət nümayəndələrinin ürəkdən gələn ən səmimi və xoş arzularını Sizə çatdırmaqdan şərəf duyuram. İnkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində yeni-yeni strateji nailiyyətlərə müvəffəq olur, milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu tarixini yazır. Qüdrətli, qalib Azərbaycanın Sizin müdrik rəhbərliyiniz altında tərəqqi, zəfər yolunda əmin addımlarla irəliləməsi, tarixi nailiyyətlərə imza atması, Azərbaycanın inkişaf yolunun bir çox ölkələr üçün örnək olması vətənini sevən hər bir soydaşımız kimi bizi də sevindirir və fərəhləndirir. İşğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin görülməsi, Sizinlə bir yerdə Azərbaycanın Birinci vitse-prezidenti, ən yaxın silahdaşınız çox hörmətli Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri təntənəli zəfər yürüşünün davam etdiyini, qalib Azərbaycanın Böyük qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirməsi Şirvan sakinlərinə qürurlu anlar yaşadır.
Zati-aliləri!
Bu əziz gündə Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, xoş əhvali-ruhiyyə arzulayır, Azərbaycan xalqının daha da firavan gələcəyi naminə yorulmaz fəaliyyətinizdə Sİzə yeni-yeni uğurlar diləyirik. Uca Tanrı Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Şirvan şəhər ictimaiyyət nümayəndələri
adından şəhər İcra Hakimiyyətinin başçısı
İlqar Abbasov