Şriftin ölçüsü :

Saytın rəngi :

"Müstəqillik Kuboku-5" intellektual bilik yarşıması keçirilib.

18 oktyabr 2022 | 15:56
18 oktyabr 2022-ci il tarixdə “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində 6 oktyabr 2022-ci il tarixdən start verilən gənclər arasında təşkil olunan “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Müstəqillik Kuboku- 5” intellektual bilik yarışması layihəsinin final turu və mükafatlandırma mərasimi təşkil olunub.
Yarışma gənclərin vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, gənclər arasında intellektual bilik yarışlarına marağın artırılması məqsədilə təşkil olunub.
18 Oktyabr - “Müstəqilliyin Bərpası Günü”nünə həsr olunmuş final mərhələsində Gənclər Evinin könüllüləri, orta ümumtəhsil məktəblərinin şagirdləri, tələbə gənclər iştirak edib.
Final yarışında 8 komanda üzrə ümumilikdə 40 nəfər gənc iştirak edib. Ən çox bal toplayan 3 komanda ilk 3 yerə layiq görülüb. 1-ci yerdə “Zənix” komandası, 2-ci yerdə “Qarabağ” komandası, 3-cü yerdə “Barselona” komandası qərarlaşıb.
Qalib komandalar kubok, diplom və hədiyyələrlə təltif olunub.
 
 
Mətbuat Xidməti
Keçidlər