Şriftin ölçüsü :

Saytın rəngi :

Nazir Sahil Babayev Şirvan şəhərində vətəndaşları qəbul edib

27 yanvar 2023 | 20:24
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində həmin şəhərin və Hacıqabul rayonunun sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Sahil Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Onların sosial vəziyyətləri öyrənilib, müraciətləri ilə əlaqədar müvafiq sosial dəstək tədbirlərinin görülməsi təmin edilib.
Həmçinin müraciət edən digər vətəndaşların müraciətləri fərdi qaydada araşdırılaraq nəticəsinə əsasən tədbirlər görülüb. Müraciətlər əsasən pensiya və ünvanlı sosial yardım, müavinət, əlillik, reabilitasiya xidmətlərinə, özünüməşğulluq və digər aktiv məşğulluq proqramlarına cəlb edilmə, mənzillə təminat və s. məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri nəzərə alınaraq onların aktiv məşğulluq proqramlarına (özünüməşğulluq, ictimai işlər, peşə hazırlığı), sosial və reabilitasiya xidmətlərinə, sosial dəstək tədbirlərinə cəlb olunmaları üçün qeydiyyatı aparılıb.
Bir sıra müraciətlər sorğu xarakterli olub və bununla bağlı vətəndaşlara müvafiq mövzularda ətraflı izahatlar verilib.
Keçidlər