Şriftin ölçüsü :

Saytın rəngi :

“Neftçilər günü” münasibətilə veteran neftçi Vaqif Cavadovla gənclərin görüşü keçirilb.

20 sentyabr 2022 | 16:42

20 sentyabr 2022-ci il tarixdə “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində 20 sentyabr-“Neftçilər günü” münasibətilə veteran neftçi Vaqif Cavadovla gənclərin görüşü təşkil olunub. Öncə vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə Gənclər Evinin direktoru Əfqan Həsənov və Şirvan Operating Company Limited şirkətinin məsul işçisi Taleh Məmmədov gənclərə ölkəmizdə Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının inkişaf yolu haqqında məlumat verərək, müstəqil dövlət olan Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının əhəmiyyətindən danışıblar. Neft sahəsində müxtəlif vəzifələrdə 46 il fəaliyyət göstərmiş, veteran neftçi Vaqif Cavadov qazandığı iş təcrübəsi, keçdiyi çətin və şərəfli yol, iş həyatında qarşılaşdığı maraqlı hadisələr haqqında söz açaraq gənclərə tövsiyələrini çatdırıb. Görüşün sonunda Vaqif Cavadova Gənclər Evi və  Şirvan Operating Company Limited şirkəti tərəfindən hədiyyələr təqdim olunub.

 

Mətbuat xidməti

Keçidlər