Növbəti maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.3-cü bəndinin (Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin) icrasının təmin edilməsi məqsədilə iyul və avqust ayında şəhər İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən fərdi qəbullarda və səyyar görüşlərdə Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filalının əməkdaşının iştirakı ilə birlikdə vətəndaşlara bukletlər paylanmışdır. Bu sahədə müvafiq tədbirlər mütəmadi olaraq davam etdirilir.






