Növbəti maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.3-cü bəndinin (Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin) icrasının təmin edilməsi məqsədilə yanvarın 9-da Şirvan şəhər 13 saylı tam orta məktəbdə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən səyyar görüşdə Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filalının əməkdaşının iştirakı ilə birlikdə vətəndaşlara bukletlər paylanmışdır. Bu sahədə müvafiq tədbirlər mütəmadi olaraq davam etdirilir.