Növbəti maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.3-cü bəndinin (Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin) icrasının təmin edilməsi məqsədilə yanvar ayının 15-də Şirvan Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən fərdi qəbulda Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filalının əməkdaşının iştirakı ilə birlikdə vətəndaşlara sosial xidmətlər haqqında ətraflı məlumat verilmiş və müvafiq bukletlər paylanmışdır. Bu istiqamətdə müvafiq tədbirlər mütəmadi olaraq davam etdirilir.