Prezident: “Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib, Zabux və Sus kəndləri nəzarətə götürülüb”
26 avqust 2022 | 17:00
Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürülüb.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Tvitter” səhifəsində paylaşımında bildirib.
Dövlət başçısı Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdiyini də qeyd edib.
“Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
Yaşasın Laçın! Yaşasın Azərbaycan!”