Qurban bayramınız mübarək!
Hörmətli həmvətənlər!
Əziz şirvanlılar!
Azərbaycan xalqının qeyd etdiyi bayramlar sırasında həmrəyliyin, humanizmin və mərhəmət duyğularının təcəssümü olan müqəddəs Qurban bayramı ölkəmizdə geniş şəkildə qeyd edilir. Bu bayram insanları bərabərliyə və mənəvi saflığa ruhlandıran dəyərli adət-ənənələrimizdən biridir. Bu günlər ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, vətən uğrunda həyatından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur.
Şirvan Şəhər İcra Hakimiyyəti adından Azərbaycan xalqını dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan, yüksək bəşəri amalları və ilahi mərhəməti özündə ehtiva edən müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.
Bayramınız mübarək!