Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə növbəti səyyar görüş keçirilib.

11 may 2023 | 16:06

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov təsdiq olunmuş qrafikə uyğun olaraq, 11 may 2023-cü il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib. Səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar AbbasovMilli Məclisin deputatı İltizam Yusifov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri qarşısında çıxış edərək, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə görüş iştirakçılarını və şəhər sakinlərini təbrik edib. Öz müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, mənalı və şərəfli ömür yolundan danışıb, ötən gün Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri və konsert proqramları barədə məlumat verib. Keçirilən hər bir tədbirin dünya miqyasında tanınmış siyasətçi və dövlət xadiminin siyasi fəaliyyətinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən danışıb, ömrünü xalqına həsr edən, dövləti üçün misilsiz xidmətlər göstərən Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu, daim ehtiramla yad edildiyini bildirib. İltizam Yusifov bugünədək sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılaraq həlli istiqamətində şəhər rəhbərliyi ilə birgə tədbirlərin görüldüyünü, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında, Milli Məclisin iclaslarında məsələlərin qaldırıldığını diqqətə çatdırıb. Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə, şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək həlli nəzarətə götürülüb. Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər