Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə növbəti səyyar görüş Şirvan Folklor Evində keçirilib.

03 mart 2023 | 19:15

3 mart 2023-cü il tarixdə Şirvan Folklor evində  şəhər sakinləri ilə keçirilən növbəti səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Öncə müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan bəhs edib. 2 il əvvəl dünyanı bürüyən koronavirus infeksiyasına qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirlərindən, şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin şərəfli məqamlarından söz açıb. Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini qeyd edib. Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlərindən, şəhid adların əbədiləşdirlməsi istiqamətində həyata keçirilən tədbirlərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib. Şəhər ərazisində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, 143 küçənin tam işıqlandırıldığını, MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün 8,14 ha torpaq sahəsinin ayrıldığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Xanım Əliyevanın “Bizim həyət” layihəsi əsasında Bakıdan sonra regionlardan ilk dəfə Şirvanda 3 məhəllənin abadlaşdırıldığını qeyd edib. 76 çoxmənzilli yaşayış binasının 73-də zirzəmilərdəki çirkab suların çəkilməsi işlərinin başa çatdırıldığını vurğulayıb. Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında aparılan yenidənqurma işlərinin şəhər sakinlərinin və qonaqların mədəni istirahətinə xidmət etdiyini və sakinlər tərəfindən xoş təəssüratla qarşılandığını bildirib.“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev meydanındakı fəvvarənin və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında fəvvarə və şəlalənin əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verildiyini vurğulayıb.
Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, son illərdə Şirvan şəhərinin inkişafı və əhalinin mədəni istirahətinin təmin olunması sahəsində xeyli işlər görüldüyünü bildirib. Seçiciləri ilə mütəmadi görüşlər keçirdiyini, onların problemləri ilə yaxından maraqlandığını, həlli istiqamətində çalışdığını, vaxtaşırı olaraq şəhər ərazisində görülən işlərlə yerində tanış olduğunu bildirib.
Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər. 

 

Mətbuat xidməti

Keçidlər