Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə növbəti səyyar görüş Şirvan Olimpiya İdman Kompleksində keçirilib.

10 mart 2023 | 16:22

10 mart 2023-cü il tarixdə Şirvan Olimpiya İdman Kompleksində keçirilən növbəti səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri,  əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, qəbul edilən fərman və sərəncamlardan bəhs edib. Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əlaqədar 2 il müddətində fərdi və səyyar qəbulların dayandırıldığını, 2022-ci ilin mart ayından etibarən yerlərdə əhalinin problemlərinin öyrənilməsi və həllinin sürətləndirilməsi məqsədilə ayda 4 dəfə yerli icra hakimiyyəti başçılarının vətəndaşlarla səyyar görüşlərinin təşkil edilməsi barədə məlumat verib. 30 il müddətində erməni vandalları tərəfindən cəbhə bölgəsində törədilən təxribatlara cavab olaraq, torpaqllarımızın işğaldan azad edilməsi  uğğrunda Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu “Dəmir yumruq” əməliyyatından söz açıb və 3-cü ildir ki, xalqımızın Şanlı Zəfər sevincini, qürurunu yaşadığını qeyd edib.  Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhid adlarının əbədiləşdirilməsi, onların doğum və anım günlərinin yüksək səviyyədə qeyd edilməsi, yaralıların müasir tibb müəssisələrində reabilitasiyası və yenidən cəmiyyətə inteqrasiyası barəsində danışıb. Döyüşlərdə həlak olan əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq Azərbaycanda ilk dəfə Şirvan şəhərində “Zəfər abidəsi”nin qurrulduğunu xatırladıb. Şəhər ərazisində mütəmadi tikinti-quruculuq işlərinin aparıldığını,  şəhərin su-kanalizasiya sisteminin və  küçələrin işıqlandırılmasının  müasir tələblər səviyyəsində yenidən qurulduğunu, İDEA İctimai Birliyinin rəhbəri Leyla Xanım Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi əsasında Bakıdan sonra regionlardan ilk dəfə Şirvanda 3 məhəllənin abadlaşdırıldığını diqqətə çatdırıb. MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün 8,11 ha torpaq sahəsinin ayrıldığını, yaxın vaxtlarda genişmiqyaslı tikinti işlərinə başlanılacağını və şəhər ərazisnində “Yeni Şirvan” yaşayış massivinin yaradılacağını bildirib. Tikintisi yarımçıq qalmış Mərkəzi stadionda işlərin başa çatdırılması və “Neftçi” idman zalının təmiri məqsədilə Gənclər və İdman Nazirliyi və Neft Şirkəti ilə danışıqlar aparıldığını,  şəhərdə mövcud olan problemlərin növbəti dövlət proqramlarına salınmasının təklif olunduğunu qeyd edib. 88 min Şirvan şəhər əhalisindən 19561 nəfərinə, ümumilikdə ailə üzvləri nəzərə alınmaqla, 76 min nəfərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiya, sosial müavinət, sosial yardım və digər sosial ödənişlərin dövlət tərəfindən olunduğunu  müsbət hal kimi qiymətləndirib. Sonra Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, Şirvan sakinlərinin problemləri ilə yaxından tanış olduğunu, seçiciləri ilə mütəmadi görüşdüyünü, şəhərin əsas problemlərinin Milli Məclisin plenar iclasında hökümət nümayəndələrinin qarşısında qaldırıldığını diqqətə çatdırıb. Azad edilən torpaqlarımızda irimiqyaslı layihələrin həyata keçirildiyini, ölkəmizin çox böyük sürətlə inkişaf etdiyini, yaxın gələcəkdə əhalinin sosial vəziyyətinin daha da yaxşıladıracağını qeyd edib. Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.

 

Mətbuat xidməti

Keçidlər