Sakinlərlə növbəti səyyar görüş Şirvan şəhər Diaqnostika Mərkəzində keçirilib.
15 mart 2023-cü il tarixdə Şirvan şəhər Diaqnostika Mərkəzində keçirilən növbəti səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların sosial rifah halının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlardan, ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə mart ayının 9-dan 11-nə kimi davam edən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun əhəmiyyətindən bəhs edib. Forumda yeni dünya nizamına təhdid yaradan amillər, o cümlədən təhlükəsizlik məsələsi, dünyanı sarsıdan münaqişələr, meqatəhdidlər, iqlim, qida və nüvə təhlükəsizliyi ilə əlaqədar fikir mübadiləsinin aparıldığını, həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması məslələrinin müzakirə olunduğunu diqqətə çatdırıb. Sonra vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verib. 2 il müddətində elan olunan pandemiyadan sonra, 2022-ci ilin mart ayından etibarən yerlərdə ayda 4 dəfə yerli icra hakimiyyəti başçılarının vətəndaşlarla səyyar görüşlərinin təşkil edildiyini bildirib. 44 günlük Vətən müharibəsinin şərəfli məqamlarından söz açaraq, şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhər ərazisində mütəmadi tikinti-quruculuq işlərinin aparıldığını, şəhərin su-kanalizasiya sisteminin və küçələrin işıqlandırılmasının müasir tələblər səviyyəsində yenidən qurulduğunu, məhəllələrin abadlaşdırıldığını, park və yaşıllıq zolaqlarının salındığını diqqətə çatdırıb. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, dövlət başçısının beynəlxalq səviyyəli görüşlərdə iştirakından, xüsusilə, iqtisadi məsələlərin müzakirə olunduğu Davos Forumundan, qlobal dünyanı narahat edən və üzləşdiyi problemlərin müzakirəsi baxımından çox ciddi və nüfuzlu və beynəlxalq platforma olan “X Qlobal Bakı Forumu” barədə öz fikirlərini səsləndirib. Bu tədbirlərin Azərbaycanın beynəlxalq miqyasda rolunu genişləndirməklə yanaşı, ölkəmizə yeni investisiyaların cəlb olunması, iqtisadiyyatının daha da inkişaf etməsinə, əlavə gəlirlər əldə etməsinə, yeni iş yerlərinin açılmasına, əhalinin rifah halının yaxşılaşmasına gətirib çıxaracağını bildirib.
Sonra Şirvan şəhəri ərazisində icrası vacib olan aşağıdakı məsələlər barədə sakinlərə ətraflı məlumat verilib.
1.Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi
2.Şəhərin içməli su və kanalizasiya şəbəkəsinin tikintisinin davam etdirilməsi
3.Şəhərin işıqlandırılması sahəsində müvafiq işlərin davam etdirilməsi
4.Şəhər ərazisində fiber-optik kabellə kəsintisiz və sürətli internet şəbəkəsinin qurulması istiqamətində işlərin davam etdirilməsi
5.Heydər Əliyev adını daşıyan meydanın, Heydər Əliyev adına parkın yenidənqurulması
6.Heydər Əliyev prospektində işıqlandırma sisteminin yenidən qurulması
7. Abad məhəllələrin, Bayramlı, Hacıqəhrəmanlı qəsəbələrində istirahət və əyləncə guşələrinin salınması
8.“Səməd Vurğun adına park”da, “Nəriman Nərimanov adına park”da, Məhəmməd Əmin Rəsulzadə və İstiqlaliyyət prospektlərindəki xiyabanlarda işıqlandırma sisteminin əsaslı təmir edilməsi
9.Şirvan şəhərinin inzibati ərazisinin Ələt qəsəbəsi istiqamətində genişləndirilməsi və həmin ərazidə “Xüsusi İqtisadi Zonanın” yaradılması
10.Şirvan şəhər poliqonunda məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emal edilməsi məqsədilə xüsusi təyinatlı məişət tullantılarının emalı zavodunun tikintisi
11.Şəhərin Bayramlı qəsəbəsində köhnə Pambıqtəmizləmə zavodunun bərpası və yaxud zavodun bazasında yeni Toxuculuq və Xalçaçılıq fabriklərinin açılması
12.Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə yeni istehsal və xidmət sahələrinin yaradılması
13.Şəhərin Heydər Əliyev prospektində yerüstü piyada keçidinin inşası
14.Şəhərin mərkəzi hissəsindən keçən dəmir yolu xəttinin çıxarılması
15.Kür çayı üzərində (mövcud dəmir yolu körpüsünün yanında) Şirvan şəhərini Bayramlı qəsəbəsi ilə birləşdirən piyada körpüsünün tikintisi
16.Əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması üçün 38 ədəd xüsusi təyinatlı texnikanın və məişət tullantılarının toplanması üçün 1000 ədəd 1 m3 tutumlu konteynerin alınması
17.Şəhər üzrə 127,1 ha yaşıllıq ərazilərin suvarılması üçün texniki su şəbəkəsinin qurulması
18.35 kv-luq 754-1 və 754-2 saylı hava xətlərinin əhalinin sıx məskunlaşdığı ərazidən çıxarılması
19.Baş Şirvan Kollektor boyu qəzalı vəziyyətdə olan 140 p/m uzunluqda şaquli dəmir-beton divarın bərpası
20.Şəhər ərazisində 1960-1980-ci illərdə tikilmiş və uzun müddət təmir olunmamış 3160 ailədən ibarət 12650 nəfər əhalinin yaşadığı 75 çoxmənzilli yaşayış binalarının dam örtüklərinin ağac konstruksiyadan ibarət metal çardaqlı örtüklə əvəz olunması
21.Uzun müddət təmir olunmamış 5650 ailədən ibarət 22605 nəfər əhalinin yaşadığı 143 çoxmənzilli yaşayış binaları-nın fasad, giriş və piləkən qəfəslərinin təmir olunması
22.Çoxmənzilli yaşayış binaların fasadında qəzalı olan üzlük daşlarının, eyvanların, pilləkən qəfəslərin, binaların giriş hissələrində çətirlərin, yumşaq örtüklü damların təmiri
23.1940-1960-cı illərdə inşa edilmiş dövlət mənzil fondunda olmaqla 831 nəfər əhalinin yaşadığı 182 mənzildən ibarət olan 37 ədəd yararsız vəziyyətdə olan “barak” tipli evlərdə yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması
24.MİDA-nin sərəncamına verilmiş, ərazidə 9 mərtəbəli 14 ədəd və 12 mərtəbəli 11 ədəd yaşayış binasının, uşaq bağçasının, məktəbin və digər infrastrukturun tikintisi
25.İmtiyazlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 133 Qarabağ müharibəsi veteranı, 41 Çernobıl AES-nın qəzası nəticəsində, 85 ümumi səbəbdən, 16 hərbi xidmət dövrü və hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş, 41 ehtiyata buraxılmış hərbi qulluqçular və zabitlər və 401 digər kateqoriyadan olan ailələr üçün çoxmənzilli yaşayış binalarının tikintisi
26.Şəhərin F.Eynullayev küçəsi 13, Mehmandarov küçəsi 74, Heydər Əliyev prospekti 1 ünvanlarında yerləşən yataqxana binalarının sökülüb yeniləri ilə əvəz edilməsi, L.İbrahimov küçəsi 1 ünvanında yerləşən yataqxana binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması
27.Şəhərin İ.Qayıbov adına parkda təmir və yenidənqurma işlərinin aparılması, Kür çayı sahilində (sahil boyu) bulvarın salınması
28.Mərkəzi Şəhər Stadionunun yenidən qurulması işlərinin başa çatdırılması
29.“Köhnə şəhər” yaşayış massivində yerləşən “Neftçi” idman zalının əsaslı təmiri və maddi texniki bazasının gücləndirilməsi
30.“Bağ evləri” yaşayış massivində 1200 şagird yerlik yeni məktəb binasının tikintisi
31.Şəhərdə tələbata uyğun 6 ədəd (T.İsmayılov küçəsində 1 ədəd 220 yerlik, 28 May küçəsində 1 ədəd 220 yerlik, Kənd evləri yaşayış sahəsində 1 ədəd 180 yerlik, Bağ evləri yaşayış sahəsində 1 ədəd 180 yerlik, Hacıqəhrəmanlı qəsəbəsində 1 ədəd 110 yerlik, Çılpaqlı yaşayış sahəsində 1 ədəd 110 yerlik) yeni körpələr evi-uşaq bağçalarının tikintisi
32.Şəhərin 6400 ailədən ibarət 25600 nəfər əhalinin yaşadığı 155 çoxmənzilli yaşayış binalarının istilik təchizatı sistemlərinin bərpası və yenidən qurulması
33.Şirvan bələdiyyəsinin mülkiyyətinə aid şəhərin Baş planında 1922,49 ha yaşayış məntəqələri kateqoriyalı torpaqların daxilində yerləşən kənd təsərrüfatı üçün yararsız olan şoran torpaqların (485,54 ha) təyinatının dəyişdirilməsi
Daha sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti